Azərbaycan sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.
NUHÇIXAN-ın məlumatına görə, Maqomedxan Maqomedov (97 kq) bu raundadək irəliləyə bilib.
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) yarımfinalda məğlub olublar.
Giorgi Meşvildişvili (125 kq) isə zədələndiyi üçün 1/4 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.