21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Slovakiya yığması ilə qarşılaşacaq.
Senets Məşq Mərkəzində baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan seçməsi iyunun 11-də “Liv Bona Dea Arena”da Bolqarıstan millisi ilə yoxlama matçına çıxacaq. Oyun saat 20:00-da başlayacaq.