"Qalatasaray"ın futbolçusu Çempionlar Liqasında mövsümün ən yaxşı qolunun müəllifi olub

A- A A+

UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Azarkeşlərin səsverməsinə əsasən, Türkiyənin "Qalatasaray" klubunun futbolçu Tetenin qolu ən yaxşı adına layiq görülüb.

24 yaşlı braziliyalı hücumçu Danimarkanın "Kopenhagen" komandası ilə qrup matçında fərqlənib.

Qeyd edək ki, həmin qarşılaşma heç-heçə başa çatıb - 2:2.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: