Almaniyanın "Bavariya" klubu 2025-ci ildə Tomas Müller və Manuel Noyerlə yolları ayırmağı planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Həm qapıçı, həm də yarımmüdafiəçinin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununda başa çatacaq. Rəhbərlik anlaşmanı yeniləmək niyyətində deyil.
"Bavariya" klubunun rəhbərliyi mövsümə 20 milyon avro qazanan futbolçuları göndərməklə maliyyə yükünü yüngülləşdirmək niyyətindədir.
Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan T.Müller 2000-ci ildən bu komandanın formasını geyinir. M.Noyer isə 2011-ci ildən Münhen təmsilçisinin qapısını qoruyur.