AFFA ilə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş arasında imzalanan müqavilənin müddəti açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev 70 yaşlı mütəxəssisin təqdimat mərasimində məlumat verib.
Bildirilib ki, onun sözləşməsinin müddəti 3+1 illikdir.
Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb. Onun son iş yeri Türkiyənin "Beşiktaş" komandası olub.