Yanvarın 18-20-də Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə “Arpaçay Open” beynəlxalq karate turniri keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçiriləcək açıq turnirdə uşaqlar, yeniyetmələr və gənclər iştirak edəcəklər.
Turnirin ilk günündə bütün yaş qruplarında fərdi kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite çıxışları, sonuncu gündə isə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin müxtəlif çəkilərdə kumite görüşləri keçiriləcək.
Üçüncü dəfə keçiriləcək yarışda 11 ölkədən 800-dək idmançı iştirak edəcək.
Qalib və mükafatçılar təşkilatçıların təsis etdiyi diplom, kubok və medallarla təltif ediləcək.