Azərbaycanın bədii gimnastika komandası Dünya Kubokunda 3 medal qazanıb

A- A A+

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Portuqaliyanın Portiman şəhərindəki "Challenge" seriyalı Dünya Kubokunda 3 medal qazanıb.

NUHÇIXAN-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət "5-lik" ilk olaraq, çoxnövçülükdə fərqlənib. Onlar iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər.

Bu komanda iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin edib. Həlledici mərhələdə "5-liy"in halqalarla nümayiş etdirdiyi kompozisiya gümüş medalla mükafatlandırılıb.

Top və iplərlə final proqramında isə onlar qızıl medala yiyələnərək, Azərbaycan himnini Portuqaliyada səsləndiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: