Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.
NUHÇIXAN xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşıb.
Münhendəki "Allianz Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb.
Qarşılaşmada hesabı almanların heyətində 10-cu dəqiqədə Florian Virts açıb. 9 dəqiqə sonra Jamal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb. 45+1-ci dəqiqədə Kai Havertz Şotlandiyanın qapısına üçüncü dəfə yol tapıb. İkinci hissəyə də aktiv başlayan almanlar 68-ci dəqiqədə Niklas Fullkruqla daha bir qola seviniblər. Final fitinə 3 dəqiqə qalmış şotlandlar buraxılan qollardan birinin əvəzini çıxıb. Antonio Rudiger avtoqol müəllifi olub. Matçda yekun hesabı isə 90+3-cü dəqiqədə fərqlənən Emre Can təyin edib.
Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.