Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo ölkəsinin Amerika Kubokundakı görüşlərini izləməyəcəyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Cartoloucos" kanalına açıqlamasında 44 yaşlı keçmiş futbolçu özü bildirib.
O, yığmasının görüşlər zamanı çox zəif təsir bağışladığını söyləyib: "Heç bir oyuna baxmağı düşünmürəm. Həyəcanı və sevinci yoxdur. Ümumiyyətlə Braziliya millisinin oyunlarına baxmaqdan imtina edirəm".
Qeyd edək ki, "sambaçılar" Amerika Kubokunun D qrupunda Kosta-Rika, Paraqvay və Kolumbiya yığmaları ilə qarşılaşacaq.