Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda İspaniya və Xorvatiya yığmaları üz-üzə gəliblər.
NUHÇIXANxəbər verir ki, Berlin Olimpiya stadionunda baş tutan matçda birincilər 3:0 hesablı qələbəyə seviniblər.
"Buğalar"ın heyətində hesabı 29-cu dəqiqədə Alvaro Morata açıb. 3 dəqiqə sonra Fabian Ruis komandasının üstünlüyünü bir qədər də möhkəmlənidirib. Qarşılaşmada yekun hesabı isə fasilə ərəfəsində fərqlənən Dani Karvahal müəyyənləşdirib.
Matçın 80-ci dəqiqəsində xorvatlardan Bruno Petkoviç penalti zərbəsindən yararlana bilməyib.