Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda baş tutan Polşa - Niderland matçının ən yaxşı futbolçusu müəyyənləşib.
NUHÇIXAN UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "narıncılar"ın heyətində Kodi Qakpo qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
25 yaşlı hücumçu Polşa ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.