İngiltərənin milli futbol komandasının hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqhem AVRO-2024-ün qrup mərhələsində Serbiya ilə oyunun ən yaxşı oyunçusu seçilib.
Bu barədə NUHÇIXAN UEFA-nın saytına istinadən xəbər verir.
Xatırladaq ki, bu görüşdə yeganə qolu elə 10 nömrəli Bellinqem vurmuşdu.
İyunun 20-də C qrupunun növbəti oyununda İngiltərə Danimarka, Serbiya isə Sloveniya ilə qarşılaşacaq.