AVRO-2024: Rumıniya Ukraynanı məğlub edib

A- A A+

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında daha bir oyun baş tutub.

NUHÇIXAN-ın məlumatına görə, E qrupunun ilk matçında Rumıniya millisi Ukrayna ilə üz-üzə gəlib.

Qarşılaşma rumınların inamlı qələbəsi ilə bitib - 3:0.

26-cı dəqiqədə Nikolae Stanku, 53-cü dəqiqədə Razvan Marin, 57-ci dəqiqədə isə Denis Draquş fərqləniblər.

E qrupunun Belçika - Slovakiya görüşü bu gün, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: