Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində baş tutan Türkiyə - Gürcüstan matçının ən yaxşısı Türkiyə komandasının futbolçusu Arda Gülər seçilib.
NUHÇIXAN UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc futbolçu Gürcüstana 3:1 hesabı ilə qalib gəldikləri görüşün 65-ci dəqiqəsində baxımlı qolla yadda qalıb.
Qeyd edək ki, Türkiyə millisinin digər qollarını Mərt Müldür (25) və Kərəm Aktürkoğlu (90+7) rəqib qapısından keçirib. Gürcüstan komandasından isə Georgi Mikautadze 32-ci dəqiqədə fərlənib.