Əli Əsgərovdan növbəti Avropa çempionluğu - FOTOLAR

A- A A+

Finlandiyanın Salo şəhərində pauerliftinq üzrə  (WPC/AWPC) Avropa çempionatı keçilib. Yarışda çıxış edən Azərbaycan idmançıları 6 qızıl və 1 gümüş medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, qitə birinciliyində ölkəmizi təmsil edən Naxçıvan idmançısı Əli Əsgərov benç press növü üzrə 90 kq çəki dərəcəsində çıxış edib. Təmsilçimiz 195 kq-lıq çəkinin öhdəsindən gələrək birinci olub. İdmançı eyni zamanda, bu göstərici ilə benç press növündə mütləq Avropa çempionu adına layiq görülüb.

Məlumat üçün bildirək ki, Naxçıvan regional miqrasiya baş idarəsində çalışan Əli Əsgərov güc idman növləri üzrə dünya, Avropa və Avrasiya çempionluğu, pauerliftinq üzrə dünya çempionatlarının, Azərbaycan çempionantları və qran-prilərinin qalib və mükafatçısı kimi uğurlu karyeraya malik idmançılarımızdandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: