Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin I turunun ən yaxşı qolu bəlli olub.
NUHÇIXAN xəbər verir ki, Türkiyə millisinin futbolçusu Mərt Müldürün Gürcüstan seçməsinin qapısından keçirdiyi top ən yaxşı seçilib.
“Fənərbağça”nın üzvü 25-ci dəqiqədə vurduğu baxımlı qolla matçda hesabı açmışdı.
“Ay-ulduzlular”ın digər futbolçusu Arda Gülərin qolu isə üçüncü sırada yer alıb.
Qeyd edək ki, görüş Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.