Türkiyənin “Trabzonspor” komandası heyətini beş yeni futbolçu ilə gücləndirib.
NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, “bordo-mavililər” Ozan Tufan, Denis Draquş, Con Landstrem, Borna Barişiç və Entoni Nvakaeme ilə anlaşıb. Həmin oyunçularla yaxın zamanda rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, ötən mövsüm Türkiyə Superliqasını üçüncü pillədə bitirən “Trabzonspor” UEFA Avropa Liqasında oynamaq hüququ əldə edib.