Naxçıvanlı idmançılardan uğurlu nəticə

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq respublika turniri keçirilib.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər iştirak ediblər. Yarışda 45, 48, 51, 55, 60 və 65 kiloqram çəki dərəcələrində sərbəst güləş üzrə 178 pəhləvan mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası ­Güləş Federasiyasının yetirməsi Camal Qasımov da turnirdə iştirak edib. 51 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçi bürünc medal qazanıb. 

“Sərhədçi” Olimpiya-İdman Kompleksində isə yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Paşa Ələkbərov birinciliyin bürünc medalını qazanıb. İdmançımız bu uğura 50 kiloqram çəki dərəcəsində nail olub.
Qeyd edək ki, qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: