Türkiyə millisinin AVRO-2024-dən nə qədər gəlir əldə etdiyi açıqlanıb

A- A A+

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının qrup mərhələsi başa çatıb.

NUHÇIXAN xəbər verir ki, Türkiyə millisi qrup mərhələsini 2-ci pillədə başa vuraraq 1/8 finalda Avstriya ilə oynamaq şansı əldə edib.

Türkiyə AVRO-2024-də F qrupunu Gürcüstan və Çexiya üzərində qələbə qazanaraq 6 xalla tamamlayıb. Yığma qrupda yeganə məğlubiyyətini Portuqaliyaya qarşı alıb - 3:0.

UEFA-nın turnirdən əvvəl açıqladığı pul mükafatına əsasən, Türkiyə millisi AVRO-2024-də indiyədək 12 milyon 750 min avro gəlir əldə edib.

Qeyd dedək ki, Türkiyə pley-off mərhələsində Avstriya ilə qarşılaşacaq. 2 iyulda keçiriləcək matçın start fiti Bakı vaxtilə 23:00-da səsləndiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: