Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsindəkeçirilən İspaniya - Gürcüstan qarşılşaması başa çatıb.
NUHÇIXAN xəbər verir ki, İspaniya komandası rəqibini 4:1 hesabı ilə məğlub edib.
Qarşılşamanın 18-ci dəqiqəsində Robin Le Normand avtoqol müəllifi olub. İspaniya millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirib. Ardından Fabian Ruis (51) və Niko Uilyams (75) hesab arasındakı fərqi artırıb. Oyunda son nöqtəni Dani Olmo qoyub. O, 83-cü dəqiqədə komandasının 4-cü qolunu rəqib qapısından keçirib.
Qeyd edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə qarşılşacaq. Görüş iyulun 5-də, Ştutqart şəhərindəki "MHP Arena"da baş tutacaq.