İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Serxi Roberto rəsmən azad agent olub.
NUHÇIXAN xəbər verir ki, futbolçu klubla müddəti iyunun 30-da başa çatan müqaviləni yeniləməmək qərarına gəlib.
32 yaşlı yarımmüdafiəçi ilə "İnter" və "Jirona" klubları maraqlanır.
Qeyd edək ki, S.Roberto ötən mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.