Avropa çempionatının 1/8 finalının Slovakiya ilə matçında fərqlənən İngiltərə millisinin hücumçusu Harri Keyn pley-off mərhələlərində beşinci qolunu vurub.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, görüşün əlavə vaxtında komandasının qələbə qolunu vuran 30 yaşlı futbolçu bu göstəricidə lider olan Fransa millisinin hücumçusu Antuan Qrizmanna çatıb.
İkinci yeri Nunu Qomeş, Gerd Müller, Diter Müller və Draqan Caiç bölüşürlər.
Qeyd edək ki, İngiltərə - Slovakiya matçı birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İngiltərənin qələbə qolunu 91-ci dəqiqədə H.Keyn vurub.