ABŞ-də keçirilən Amerika Kubokunda baş hakim Kevin Orteqa meydan sahiblərinin futbolçusu Kristian Pulişiçin əlini sıxmaqdan imtina edib.
NUHÇIXAN-ın məlumatına görə, hadisə Uruqvay ilə qrup mərhələsinin III turunun oyunundan sonra baş verib.
Final fitindən sonra oyunçu hakimlər briqadasına yaxınlaşıb. Laynsmanlardan biri ilə görüşdükdən sonra əlini Orteqaya uzadıb. Lakin perulu referi əllərini arxasına qoyub. Bundan sonra isə Pulişiç ona nəsə deyib.
Qeyd edək ki, Uruqvaya 0:1 hesabı ilə uduzan ABŞ qrupu 3 xalla üçüncü sırada bitirib və növbəti mərhələyə yüksələ bilməyib. Matç zamanı futbolçular bir neçə dəfə ədalət təmsilçisinin qərarları ilə razılaşmayıblar və emosional şəkildə narazılıqlarını bildiriblər.