Portuqaliya - Sloveniya matçında stüardlar azarkeşi döyüblər

A- A A+

Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Portuqaliya - Sloveniya matçında insident baş verib.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, "Frankfurt Arena"da baş tutan oyun zamanı stüardlar azarkeşlərdən birini döyüblər.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. UEFA hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Portuqaliya - Sloveniya matçında birincilər penaltilər seriyasında qalib gələrək (3:0) 1/4 finala vəsiqəni təmin ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: