“Tata Steel Masters-2019”: Şəhriyar Məmmədyarov dünya çempionuna qarşı

A- A A+

Yanvarın 18-də ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin altıncı turunun oyunlarına start veriləcək.

NUHÇIXAN xəbər verir ki, Hollandiyada keçirilən turnirin bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya şahmat tacının sahibi, norveçli Maqnus Karlsen ilə qarşılaşacaq. Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov isə Çin şahmatçısı Dinq Liren ilə mübarizə aparacaq.

Beş turdan sonra şahmatçılarımız 2,5 xalla 7-9-cu yerləri bölüşürlər.

Hazırda turnir cədvəlinə 3,5 xalla rusiyalı Yan Nepomnyaşi başçılıq edir. Dinq Liren 3,5 xalla ikinci, Maqnus Karlsen isə 3 xalla üçüncüdür.

Xatırladaq ki, beşinci turda Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu Vladimir Kramnik, Teymur Rəcəbov isə Polşa təmsilçisi Yan Kşiştov Duda ilə heç-heçə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: