ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda (“Copa America”) ilk yarımfinalçı müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, 1/4 finalda Argentina Ekvadorla oyunda adını növbəti mərhələyə yazdırıb.
Hyustonda (Texas, ABŞ) baş tutan matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 35-ci dəqiqədə argentinalıların heyətində Lautaro Martines fərqlənib. İkinci hissəyə artırılan vaxtın 2-ci dəqiqəsində Ekvador millisinin heyətində Kevin Rodriges fərqlənib. Əlavə olunan vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət olunub. Burada daha dəqiq oynuyan argentinalılar 4:2 hesablı qələbəyə sevinblər.
Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi penaltilər seriyasında fərqlənə bilməyib. Turnirin hazırkı çempionları yarımfinalda Venesuela və Kanada milli komandaları arasında keçirilən matçın qalibi ilə oynayacaqlar.
Amerika Kuboku iyulun 15-də başa çatacaq.