Almaniyada təşkil olunan Avropa çempionatında bu gün ikinci finalçının adına aydınlıq gələcək.
NUHÇIXAN xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə komandaları münasibətləri aydınlaşdıracaqlar.
İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.
Bakı vaxtı ilə saat 23:00-da Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda start götürəcək görüşü almaniyalı referi Feliks Şvayer idarə edəcək.
AVRO-2024
Yarımfinal
10 iyul
23:00. Niderland - İngiltərə
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park".
Qeyd edək ki, yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.