Azərbaycanı Avropa çempionatında təmsil edəcək stolüstü tennisçilər məlum olub

A- A A+

Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında təmsil edəcək yeniyetmələrdən ibarət yığmanın heyəti müəyyənləşib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, turnirdə 19 yaşlılar arasında Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Elşən Hüseynov, 15 yaşlılarda isə Şəbnəm Mansurova, Yağmur Məmmədli, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaqlar.

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov isə qitə çempionatının oyunlarını idarə edəcək.

Qeyd edək ki, Avropa çempionatı iyulun 12-21-də İsveçin Malmö şəhərində təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: