İyulun 14-də Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatında növbəti oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan yığma üçüncü matçında İrlandiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.
Milli komanda qrupun digər görüşlərində Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə məğlub olub.
Alberto Blankonun rəhbərlik etdiyi komandanın növbəti görüşü iyulun 17-də Niderlanda qarşı olacaq.
Qeyd edək ki, Rumıniyanın Piteşti şəhərində təşkil olunan Avropa çempionatı iyulun 21-dək davam edəcək.