Ronaldu Avropa çempionatında qol imkanlarını ən çox boşa verən futbolçu olub

A- A A+

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu AVRO-2024-də qol imkanlarını ən çox boşa verən futbolçu olub.

NUHÇIXAN "WhoScored"ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusunun orta hesabla bu göstəricisi 3.5-ə bərabər olub.

Yəni futbolçu orta hesabla hər oyunda 3.5 qol şansından yararlana bilməyib. Siyahıda Almaniya yığmasının hücumçusu Kay Haverts (3.1) ikinci, Belçika millisinin forvardı Romelu Lukaku (2.3) iə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Portuqaliya yığması AVRO-2024-də F qrupunun birincisi kimi 1/8 finala yüksəlib. Bu mərhələdə Sloveniyanı penaltilər seriyasında üstələyərək (3:0) 1/4 finala vəsiqə qazanıb. K.Ronaldunun komandası bu mərhələdə Fransa millisinə penaltilər seriyasında məğlub olaraq (3:5) mübarizəni dayandırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: