Meksika millisinin baş məşqçisi Xayme Losano istefa verib.
NUHÇIXAN Meksika Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müqavilənin müddəti bitdikdən sonra əməkdaşlığa xitam veriblər.
Qeyd edək ki, 45 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Meksika yığması ABŞ-də təşkil olunan Amerika Kubokunun B qrupunda 4 xalla üçüncü yeri tutaraq mübarizəni dayandırıb.