UEFA Avropa Liqası: "Zirə" Moldova klubu ilə cavab matçına çıxacaq

A- A A+

"Zirə" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün cavab matçına çıxacaq.

NUHÇIXAN xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda "Dalğa Arena"da "Şerif"lə (Moldova) qarşılaşacaq.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, cavab görüşü

18 iyul

20:00. "Zirə" - "Şerif" (Moldova)

Baş hakim: Bulat Sarıyev (Qazaxıstan).

Mərdəkan, "Dalğa Arena".

İlk oyun - 1:0.

Qeyd edək ki, "Zirə" - "Şerif" cütünün qalibi II təsnifat mərhələsində "Elfsborq" (İsveç) - "Pafos" (Kipr) qarşılaşmasında üstün olan komanda ilə üz-üzə gələcək. Bu cütün məğlubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: