FIDE danimarkalı hakimi yarışlardan uzaqlaşdırıb

A- A A+

FIDE-nin Etika və İntizam Komissiyası (EDC) danimarkalı hakim Arild Rimestadı şahmat yarışlarından iki il müddətinə uzaqlaşdırıb.

NUHÇIXAN "Chess.com"a istinadən xəbər verir ki, O. Beynəlxalq Şahmat Federasiyasının əməkdaşına qarşı cinsi qısnamada ittiham olunur.

EDC A.Rimestadın iki il müddətinə FIDE-nin hər hansı tədbirində hakim kimi fəaliyyət göstərməsinə qadağa qoyub. Təkrar qayda pozuntusuna yol verilməməsi şərtilə cəzanın bir ilə endirilməsi ehtimalı var.

Qeyd edək ki, 58 yaşlı danimarkalı hakim A kateqoriyasına malikdir. O, FIDE-nin bayrağı altında keçirilən yarışlarda, rapid və blits üzrə dünya çempionatlarında, həmçinin Şahmat Olimpiadası kimi böyük turnirlərdə fəaliyyət göstərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: