AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

A- A A+

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan yeni təyinat alıb.

NUHÇIXAN xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində Sloveniyada “Maribor” və Rumıniyanın “Universitatya Krayova” klubları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq.

İyulun 25-də “Lyudski” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçın baş hakimi danimarkalı Mads Kristoffersen olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: