“Paris-2024” Yay Olimpiya Oyunları İctimai Televiziyada canlı yayımlanacaq

A- A A+

İctimai Televiziyada bu yay idman həyəcanı tam sürətlə davam etməkdədir.

Şirkətdən NUHÇIXAN-a verilən məlumata görə, sabah başlayacaq və iyulun 26-da rəsmi açılış mərasimi olacaq planetin ən möhtəşəm yarışı “Paris-2024” Yay Olimpiya Oyunları idman həvəskarlarına canlı yayımda təqdim olunacaq.

Avqustun 11-dək davam edəcək Oyunlarda Azərbaycan idmançılarının çıxışları, Olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosional anları İTV-nin efirində yaşanacaq.

İdmançılarımızın qələbə xəbərləri, yarışla bağlı eksklüziv təəssüratları ilk olaraq İctimai Televiziyanın efirində bu il 30 illik yubileyini qeyd edən Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə Parisdən canlı yayımda nümayiş olunacaq. Hər yarış gününün əvvəlində və sonunda xüsusi olaraq Paris Olimpiadası üçün hazırlanmış “Bol idman” verilişinin yeni studiyasında təmsilçilərimizin çıxışları, şansları ekspertlərin iştirakı ilə müzakirə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: