Fransa klubu "Mançester Yunayted"in futbolçusunu heyətinə qatmaq niyyətindədir

A- A A+

Fransanın PSJ klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"in futbolçusu Ceydon Sançonu heyətinə qatmaq niyyətindədir.

NUHÇIXAN "Sky Sports"a istinadən xəbər verir ki, Liqa 1 komandası 24 yaşlı futbolçunun transfer şərtlərini araşdırıb.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən C.Sanço meydana çıxdığı 14 oyunda 2 qolla yadda qalıb. "Transfermarkt" portalı futbolçunu 30 milyon avro dəyərində qiymətləndirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: