Dünya Güləş Birliyi Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisini fərqləndirib

A- A A+

Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək üç ən yaxşı komandanı fərqləndirib.

NUHÇIXAN xəbər verir ki, siyahıda Azərbaycan millisi də yer alıb. Digərləri isə İran və ABŞ yığmalarıdır.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycanı yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (87 kiloqram), Sabah Şəriəti (130 kiloqram), sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqamedov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram) və qadın güləşçi Mariya Stadnik (50 kiloqram) təmsil edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: