Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin dördüncü yoxlama oyunu ləğv olunub.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, buna səbəb rəqib komanda “Əl-Oruba”nın (Səudiyyə Ərəbistanı) matçdan imtina etməsidir.
Əvəzində, “ağ-qaralar” ikitərəfli oyun keçirəcək.
Qeyd edək ki, Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış “Neftçi” toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.