Azərbaycan UEFA reytinqində irəliləyib

A- A A+

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

NUHÇIXAN-ın məlumatına görə, bu, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarının nəticəsinə əsasən mümkün olub.

24-cü sırada yer alan ölkənin əmsalı 17,750-yə bərabərdir. "Zirə" və "Sabah" Azərbaycan üçün hərəyə 0,250 xal qazandırıb. Onlar müvafiq olaraq Slovakiyanın "DAK 1904" (4:0) və İsrailin "Makkabi" (Hayfa) (3:0) komandalarını məğlub ediblər. "Sumqayıt" isə evdə Macarıstanın "Fehervar" kollektivinə uduzub - 1:2.

Azərbaycandan bir pillə öndə Rusiya (18,299), bir addım geridə isə Slovakiya (17,625) yer alıb.

55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: