Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının altıncı turuna yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, altı turun nəticəsinə görə İsmayıl Şahəliyev 5 xalla liderdir. Ülvi Bacarani 4,5 xalla ikinci yerə sahib olub. Məhəmməd Muradlı və Fərid Zeynalov 3-4-cü yerləri bölüşürlər.
İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirə yanvarın 24-də yekun vurulacaq.