AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb

A- A A+

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.

NUHÇIXAN milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Trabzonspor" və Slovakiyanın “Rujomberok” komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Səfərdəki ilk görüşdə Türkiyə komandası iki cavabsız qolla qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: