Təbrizin "Traktor" komandası Azərbaycan millisinin futbolçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə İranın "Total Futball" teleqram kanalı məlumat yayıb.
Təbriz klubunun 27 yaşlı hücumçu ilə danışıqlar apardığı da vurğulanıb.
Son olaraq Xorvatiya çempionu "Dinamo"da çıxış edən Mahir Emrelinin Almaniya təmsilçisi "Nürnberq"ə keçəcəyi gözlənilir.
Qeyd edək ki, "Traktor" ötən mövsüm İran Liqasında 54 xalla 4-cü olub.