Gənclər və İdman Nazirliyinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib - VİDEO

A- A A+

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, Milli Dənizkənarı Park ərazisində baş tutan mərasim bədii hissə ilə başlayıb. Sonra Gənclər və İdman Nazirliyinin 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Nazirliyin kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov videoçarx və qisametrajlı film müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva isə bildirib ki, bu gün təkcə gənclər bayramı deyil, ruhu gənc olan hər kəs üçün xüsusi gündür. 30 il əvvəl Ümummilli Lider Heydər Əliyev tərəfindən Gənclər və İdman Nazirliyinin əsasının qoyulmasını xatırladan nazir müavini bu dövr ərzində yerli idman idarələrinin yarandığını söyləyib. O, hazırda ölkəmizdə 33 gənclər evi, 50-yə yaxın Olimpiya və idman kompleksinin olduğunu diqqətə çatdırıb.

Daha sonra mərasim təntənəli konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi Ulu Öndər Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı Fərmanla yaradılıb. 12 il sonra - 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. Həmin vaxt gənclər siyasətinin əsas icra orqanının yeni vəzifələri də müəyyənləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: