Azərbaycanın daha üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.
NUHÇIXAN xəbər verir ki, ilk olaraq cüdoçular tatami üzərinə çıxacaqlar.
Yaşar Nəcəfov (66 kq) Straxinya Bunçiçlə (Serbiya), Gültac Məmmədəliyeva (52 kq) isə Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/16 finaldan başlayacaq.
Boksçuların mübarizəsində Azərbaycan təmsilçisi Alfonso Dominqes (92 kq) Xulio Sesar la Krusla (Kuba) qarşılaşacaq. İdmançımız yarışa 1/8 finaldan qoşulacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.