“Paris-2024”ün açılış mərasiminin videosu rəsmi saytdan və yutub kanalından silinib

A- A A+

“Paris-2024” Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin videosu oyunların rəsmi saytından və yutub kanalından silinib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Enn Deskam bəyan edib.

Onun sözlərinə görə, bu, geo bloklama ilə bağlıdır.

Geo bloklama və ya coğrafi bloklama termini ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimini italiyalı siyasətçilər və parlamentarilər, Macarıstanın baş naziri Viktor Orban, “Tesla”nın baş direktoru İlon Mask və bir çox beynəlxalq media orqanları tənqid ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: