Paris-2024: Sena çayında suyun çirkli olmasına görə məşq ləğv edilib

A- A A+

Paris olimpiadasında triatlonçuların bazar ertəsinə planlaşdırılan yarışı öncəsi ikinci üzgüçülük məşqi ləğv edilib.

NUHÇIXAN yarışın Təşkilat Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, buna səbəb Sena çayında suyun keyfiyyətinin qənaətbəxş olmamasıdır.

Olimpiadanın Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları suyun keyfiyyətinə kifayət qədər zəmanət vermədiyi üçün triatlon yarışının üzgüçülük hissəsinin ləğv edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, çirklilik səviyyəsi yüksək olduğuna görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayında bu il bəzi yarışlar keçirilir. Paris-2024 avqustun 11-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: