İngiltərənin "Liverpul" klubunun futbolçusu Trent Aleksander-Arnold və Almaniya "Bavariya"sının üzvü Alfonso Deyvis komandalarını tərk etmək qərarına gəliblər.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi A.Deyvislə razılığa gələ bilməyib.
İngiltərə klubu isə müdafiəçisinə yeni müqavilə təklif etmək niyyətindədir.
Qeyd edək ki, Mersisayd klubunun oyunçusu ötən mövsüm meydan çıxdığı 37 oyunda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Münhen təmsilçisinin müdafiəçisi isə 2023/2024 mövsümündə 42 qarşılaşmada 3 qol və 6 assistin müəllifi olub.