"Mançester Yunayted"in rəhbərliyi "Old Trafford"un sökülməsini planlaşdırır

A- A A+

İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi yeni stadion tikmək üçün hazırkı arenanın - "Old Trafford"un sökülməsini planlaşdırır.

NUHÇIXAN-ın ESPN-ə istinadən məlumatına görə, stadionun yenidən qurulması və ya sökülməsi ilə bağlı yekun qərar 2024-cü ilin sonuna kimi veriləcək.

Mançester təmsilçisinin yeni sahibi Cim Ratkliff arenanı sökməyə meyllidir. Hazırlanmış plana görə, yeni stadionun tikintisi altı il çəkəcək və 2,6 milyard dollara başa gələcək. Mançester arenasının tutumu təxminən 100 min nəfər olacaq.

Qeyd edək ki, "Old Trafford"da ilk oyun 1910-cu il fevralın 19-da "Mançester Yunayted"lə "Liverpul" arasında keçirilib və meydan sahibləri 3:4 hesabı ilə məğlub olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: