George Haci Rumıniya millisində işləməkdən imtina edib

A- A A+

Rumıniya futbolunun canlı əfsanəsi George Haci ölkəsinin milli komandasından gələn baş məşqçi təklifini rədd edib.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının (RFF) rəhbəri Razvan Burleanın istəyinə müsbət cavab verməyib. O, hazırda çalışdığı “Farul” klubunda qalacağını deyib.

Məlumata görə, RFF Mirça Luçesku ilə danışıqlara başlayacaq.

Rumıniya millisini son olaraq Edvard Yordanesku çalışdırıb. O, Almaniyada keçirilmiş Avropa çempionatından sonra komandadan ayrılıb.

Qeyd edək ki, George Haci 2001-ci ildə də Rumıniya millisinin baş məşqçisi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: