Türkiyə mətbuatı Paris Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalı xəbərini geniş işıqlandırıb - FOTOLAR

A- A A+

Türkiyə mətbuatı “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında cüdoçumuz Hidayət Heydərovun Azərbaycana ilk qızıl medalı qazandırması ilə bağlı xəbəri geniş işıqlandırıb.

NUHÇIXAN xəbər verir ki, “HaberTürk”, “Haber Global” və “NTV Spor” kimi tanınmış televiziya telekanalları izləyicilərinə Hidayət Heydərovun qələbəsi ilə bağlı ətraflı məlumat verib. 73 kq çəki dərəcəsində yarışan cüdoçumuzun finalda fransalı Con Benjamin Qabanı məğlub etdiyi qeyd olunub.

Azərbaycanın “Paris-2024”dəki ilk böyük uğuru, həmçinin Türkiyənin bir çox agentliyi, qəzeti və xəbər portalı tərəfindən idmansevərlərə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: